Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət

 Komissiyası kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

 Kollegiyanın sədri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

 

 

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional bölməsinin rəhbəri

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 24 oktyabr.- S.2.