2012-ci il avqustun 23-də Bişkek
şəhərində imzalanmış
«Türk Akademiyasının təsis
edilməsi haqqında
Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il avqustun 23-də Bişkek şəhərində imzalanmış "Türk Akademiyasının təsis edilməsi haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Qazaxıstan Respublikası hökumətini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 23 oktyabr.- S.2.