Xalqın uğurlu seçimi
Azərbaycan xalqı 9 oktyabrda onu uğurlu sabaha, təminatlı gələcəyə aparan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən çoxşaxəli siyasətə səs vermişdir. Azad, demokratik və şəffaf şəraitdə keçirilən, seçicilərin yüksək mütəşəkilliyi ilə müşayiət olunan bu seçkilər, eyni zamanda ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmış, siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratmış və Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynamışdır.
9 oktyabrda keçirilən prezident seçkilərində Azərbaycan xalqı ölkəmizin davamlı inkişafı naminə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa dəstək verdi. Seçicilərin mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev növbəti 5 ilə yenidən ölkə başçısı seçildi. Xalq tərəfindən bu siyasi kursa dəstək verilməsi ölkəmizin son on ildə keçdiyi uğurlu inkişaf yoluna əsaslanır.
Prezident İlham Əliyev seçkilərin ilkin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciətində bildirib: "Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.
Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir".
Hər bir xalq tarixdə görkəmli şəxsiyyətləri ilə tanınır. Əsil liderlik, şübhəsiz, kütlələri öz ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu missiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir.
Dövlətə rəhbərlik fəaliyyətinin ötən 10 ili cənab İlham Əliyevin Azərbaycan xalqına, dövlətinə qazandırdığı daha böyük uğurlarla əlamətdar olmuşdur. Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə sevgisi, nəcibliyi, ziyalılığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz liderdir.
Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında birləşdirmək, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmışdır. İqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyil. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa yönəlmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev eyni zamanda ölkəmizdə elm və təhsilin inkişafına xüsusi önəm verir. Bu, heç də təsadüfi deyil. Çünki hər bir millətin tərəqqisi məktəb, təhsil və müəllimlə bağlıdır. Buna görə də haqlı olaraq müəllimləri hər bir cəmiyyətin elitası adlandırırlar. Bu baxımdan ümummilli lider Heydər Əliyevin "Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır", "Təhsil millətin gələcəyidir" müdrik kəlamlarına daim sadiq qalan İlham Əliyev hər il yüzlərlə təhsil müəssisəsinin tikilməsinə, eləcə də zəruri ehtiyacı olan təhsil ocaqlarının əsaslı təmir edilməsinə, yenidən qurulmasına, habelə onların dünya standartlarına cavab verən müasir avadanlıqla təchiz olunmasına xüsusi diqqət yetirir. İstedadlı gənclərimizin xarici ölkələrin ən nüfuzlu universitetlərində yüksək səviyyədə təhsil almalarına hər cür şərait yaratması, qayğı göstərməsi dövlət başçısının təhsillə bağlı apardığı siyasətin tərkib hissələrindən biridir.
Bakının siması gündən-günə dəyişir, gözəlləşir, inkişaf edir. Şəhərin hər bir yerində ucaldılan, minlərlə insanın yaşadığı çoxmərtəbəli, yaraşıqlı evlər və inzibati binalar göz oxşayır. "Qara şəhər" adı ilə məhşur olan məkan artıq Ağ şəhərə çevrilmiş, öz füsunkar ğözəlliyi ilə fərqlənməkdədir. İnsanların asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılmış yüksək səviyyəli şərait hər bir kəsi valeh edir. Bütün bunlar bariz təcəssümünü Dənizkənarı Milli Parkda, dünyada analoqu olmayan Bayraq Meydanında və Bakının müxtəlif yerlərində xüsusi zövqlə salınmış yeni-yeni parklarda, xiyabanlarda, yaşıllıq massivlərində, bağlarda tapmışdır.
İnkişaf və sabitlik ölkəmizin beynəlxalq arenada nüfuzunu da ildən-ilə artırır. Məhz bunun nəticəsidir ki, bir çox beynəlxalq tədbirlərə, toplantılara Bakı ev sahibliyi edir. 2013-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycanın süni peyki kosmosa - səmaya buraxıldı. Bu da tariximizə nadir hadisə kimi daxil oldu. 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbulu ölkəmizin beynəlxalq aləmdə reytinqinin artdığına daha bir nümunədir.
Azərbaycanın müstəqil, suveren dövlət kimi dünyada şöhrəti günbəgün artır. Ölkə başçısının ötən müddətdə xarici dövlətlərə səfərləri, BMT, ATƏT, İƏT və digər beynəlxalq təşkilatlarda keçirilən zirvə toplantılarında çıxışları, BMT TŞ-də keçirilən iclasa sədrlik etməsi və bu böyük quruma Azərbaycanın qeyri-daimi üzv seçilərkən dünyanın 155 ölkəsinin dəstəyini qazanması, ölkəmizin diplomatiya tarixinə yeni parlaq səhifə açdı.
Bu gün paytaxtla
yanaşı respublikamızın
regionları da dinamik inkişaf edir. Taxtakörpü, Ceyranbatan
və s. su kanallarının çəkilməsi,
orada yeni su elektrik stansiyasının
yaradılması buna əyani sübutdur. Çox sevindirici haldır ki, ölkə başçısı işlərinin
daha çox olduğu bir vaxtda yorulmaq bilmədən respublikamızın
bütün bölgələrinə
səfərlər edir,
görülən işlərlə
yerində tanış
olur. Lazım olan işlərin
görülməsinə dərhal
göstəriş verir.
Respublikamızın hər yerində
müşahidə olunan
abadlıq-quruculuq işləri
Ağcabədinin timsalında
də qabarıq görünür. Dövlət başçısının ötən
müddətdə rayonumuza
hər bir səfəri rayon əhalisnin
qəlbində silinməz
izlər buraxmışdır.
Onun böyük diqqət və qayğısı sayəsində rayonumuzun siması tamamilə dəyişmiş, regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
uğurla yerinə yetirilmişdir. Burada
qaçqın və məcburi köçkünlər
üçün yeni salınmış qəsəbə,
Qarabağ veteranları
və əlillər evi, çoxsaylı məktəblər, Heydər
Əliyev Muzeyi, Gənclər Mərkəzi,
YAP-ın rayon təşkilatı,
Mərkəzi Xəstəxana,
Maliyyə İdarəsi,
Sosial Müdafiə Fondu, uşaq bağçası, "Atena"
Süd Kompleksi Zavodu və digər müəssisələr
üçün binaların
yüksək səviyyədə
tikilib istifadəyə
verilməsi, bütün
prospekt və küçələrin asfaltlaşdırılması,
abadlaşdırılması, rayon, qəsəbə və kəndlərin əksəriyyətinin
qazlaşdırılması, yeni telefon xətlərinin
çəkilməsi, əhalinin
içməli su problemlərinin yaxşılaşdırılması
həmin böyük qayğının bəhrəsidir.
Bu da 9 oktyabr prezident seçkilərində
öz bəhrəsini
verdi. Rayonumuzun çoxminli
seçiciləri böyük
ruh yüksəkliyi ilə seçki məntəqələrinə gələrək
xalqımızın böyük
oğlu cənab İlham Əliyevə səs verdilər.
İndi ölkəmiz özünün
ən gözəl günlərini - yeni yüksəliş dövrünü
yaşayır. Son on il
tariximizə möhtəşəm
yüksəliş və
quruculuq ili kimi daxil olub.
Bu tərəqqinin əzəmətli üfüqləri
hələ irəlidədir.
Cənab
İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi
onu deməyə əsas verir ki, növbəti illərdə xalqımız
daha firavan yaşayacaq, dövlətimiz
daha da güclü,
zəngin ölkəyə
çevriləcək.
Ədalət HÜSEYNOV,
Ağcabədi Rayon Texniki
Yaradıcılıq Mərkəzinin
direktoru, qabaqcıl maarif xadimi
Azərbaycan.-2013.- 24 oktyabr.- S.4.