Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO-da

 azərbaycanlı mütəfəkkirə həsr edilmiş beynəlxalq simpozium keçirilib

 

Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilib. "Seyid Yəhya Bakuvi: tolerantlığın ifadəsi" adlanan bu tədbirlər UNESCO tərəfindən böyük təsəvvüf Şeyxi və Xəlvətiyyə sufi təriqətinin banisi Seyid Yəhya əl-Şirvani Əl-Bakuvinin vəfatının 550 illiyi münasibətilə qeyd edilir. 2013-cü ilin Bakuvi ili elan edilməsi ilə əlaqədar Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər beynəlxalq müstəviyə çıxarmışdır.

DQİDK-nın mətbuat xidmətinin verdiyi məlumata görə, İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlərin, həmçinin UNESCO nəzdində diplomatik nümayəndəliklərin təmsilçilərinin, mədəniyyət xadimlərinin iştirak etdiyi simpoziumda Seyid Yəhya Bakuvi və onun banisi olduğu Xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr edilmişdir.

Simpozium DQİDK tərəfindən hazırlanmıış və Azərbaycanda dinlərarası münasibətlər tarixindən, multikulturalizm və mədəniyytlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüslərindən bəhs edən "Tolerantlığın ötəsi" adlı sənədli filmin nümayişi ilə başlamışdır.

Simpoziumu giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. O bildirmişdir ki, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir. Bu ilin UNESCO tərəfindən "S.Y.Bakuvi ili" elan olunmasının da məhz Heydər Əliyev Fondunun təşəbbüsü nəticəsində ərsəyə gəlməsi bunun bariz nümunəsdir. Natiq həmçinin qeyd etmişdir ki, S.Y.Bakuvionu şöhrətləndirdiyi Xəlvətiyyə təriqətinin dünyaya verdiyi irs - istər dinlərarası tolerantlıq dünyagörüşünün, istər məzhəblərarası çatışmaların qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə bu gün də aktuallığını itiriməmişdir. Simpoziumun açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdulaziz Al Nasser Seyid Yəhya Bakuviyə həsr edilmiş bu mötəbər simpoziumda məmnuniyyətlə iştirak etdiyini və dəvətə görə təşkilatçılara öz minnətdarlığını bildirdi. O, UNESCO tərəfindən 2013-cü ilin Seyid Yəhya Bakuvi ili kimi qeyd edilməsini əlamətdar hadisə adlandırıb və bildirib ki, onun irsi insanlar və mədəniyyətlər arasında fərqlilikləri birləşdirmək üçün salınan körpüdür. O bildirmişdir ki, bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumu zamanı o, bir daha Azərbaycanın mədəniyyətlərarası dialoqdini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olmuşdur.

UNESCO MD platformunun başçısı Katerina Stenu simpoziumun açılışında çıxış edərək bildirmişdir ki, Azərbaycanda dini dözümlülük sadəcə sözdə deyil. Azərbaycan xalqı öz tarixi boyu mədəniyyətlər və dinlər arasındakı qarşılıqlı rəğbətin ən gözəl nümunəsini yarada bilmişdir.

Nüfuzlu alimlərin iştirakı ilə "Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya BakuviXəlvətilik", "Azərbaycanda sufilikBakuvi irsi" adlı panellərdə işinə davam etmiş simpoziumda Seyid Yəhya Bakuvionun banisi olduğu Xəlvətiyyə təriqəti, onların dünyada tolerantlıq və qarşlıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilmişdir.

 Günün sonunda simpoziumun iştirakçıları dünya şöhrətli fotoqraf Reza Deqatinin "Azərbaycan - tolerantlıq məkanı" adlı UNESCO da kecirilən fotosərgisində iştirak etmişlər.

 

***

 

Heydər Əliyev Fondunun təşəbbüsü və UNESCO və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə Parisdə keçirilən "Seyid Yəhya Bakuvi ilinə" həsr edilmiş silsilə tədbirlər çərçivəsində dünya şöhrətli fotoqraf Reza Deqatinin sərgisi də təşkil olunmuşdur. Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə dəfələrlə Azərbaycana səfər etmiş Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkillərindən ibarət sərgi UNESCO-nun Parisdəki mənzil-qərargahında açılıb.

Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirmişdir ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsi ilə prezident seçkilərində 3-cü dəfə qalib gəlmiş İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında Azərbaycan xalqının ona etimad göstərməsinin səbəblərindən biri kimi xalqımızın milli kimliyinin əsasında dayanan tolerantlıq ənənələrinin Azərbaycan dövləti tərəfindən qorunması və təşviq olunmasını qeyd etmişdir. Prezident İlham Əliyevin "multikulturalizmmilli-dini azlıqlara hörmət Azrbaycan xalqının milli xüsusiyyətidir" sözlərini xatırladan Dövlət Komitəsinin sədri vurğulamışdır ki, bu gün burada ölkəmizdəki mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin keçirilməsi məhz Azərbaycan dövlətinin bu istiqamətdəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.

Sərginin açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın dünyada təşviqiniə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, sərgidən də göründüyü kimi Azərbaycanda müxtəlif inanclara malik insanların qarşılıqlı hörmət şəraitində yaşamaları dünya üçün bir örnəkdir.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi dünyanın tanınmış fotoqraflarından biri olan Reza Deqati sərginin açılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə həyata keçiriləcək "Photolerance" adlı dünya gəncləri arasında beynəlxalq fotomüsabiqəsinə start verilməsini elan etmişdir. O qeyd etmişdir ki, müsabiqə gənclər arasında fərqliliklərin dəf edilməsi üçün dialoqun zəruriliyinin və müxtəlifliyin bəşəriyyətin mədəni zənginliyinin nümunəsi olmasının dərk edilməsinə yönəlmişdir. Bütün dünya ölkələrindən olan 18-25 yaşlarında gənclərin təqdim etdikləri fotolar dünyanın nüfuzlu mütəxəssisləri və mədəniyyət xadimlərinin təşkil etdiyi münsif tərəfindən seçiləcək. Qalib gəlmiş fotoşəkillərin müəllifləri BMT Sivilizasiyalar Alyansının 2014-cü ildə keçiriləcək VI Qlobal Forumunda mükafatlandırılacaqlar.

"Azərbaycan - tolerantlıq məkanı" fotosərgisi salonda toplaşmış 500-dən artıq qonaqların marağına səbəb olmuşdur.

 

 

Azərbaycan.-2013.- 24 oktyabr.- S.5.