Haqq yolunu tutanlar

 

"Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin".

 

 

İlham ƏLİYEV,

İsmayıllı şəhəri, 14 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Prezidenti seçkilərindən sonrakı düşüncələrimi yazıya köçürməyə möhtərəm Prezident İlham Əliyevin müstəqillik barədə dediyi dəyərli sözlərlə başladım. O səbəbdən ki, müstəqilliyi qazanmağın asan, onu əldə saxlamağın çətin olduğunu keçmişin təcrübəsi əsasında bir daha yada salaq. Qeyd edək ki, ötən on il müddətində ölkə rəhbəri fədakar və mübariz fəaliyyəti, dərin zəkaya əsaslanan siyasi iradəsi, sosial-iqtisadi inkişafda yeni dünya standartlarına əsaslanması və düşünülmüş xarici siyasəti ilə müstəqilliyi qorududaha da möhkəmləndirdi.

Bugünkü Azərbaycan reallıqlarına əsaslanaraq qətiyyətlə deyə bilərik ki, dövlət müstəqilliyimizə əbədilik və dönməzlik xarakteri verən ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətinin bütün istiqamətləri üzrə strategiyasını ölkə başçısı, dövlətimizin, dövlətçiliyimizin təminatçısı olan cənab İlham Əliyev çox böyük müvəffəqiyyətlə həyata keçirir.

On illik yüksəliş yoluna nəzər saldıqda sürətli inkişafın, maddi və mənəvi problemlərin müvəffəqiyyətlə həllinin, hər bir bölgənin ayrılıqda, Azərbaycanın bütövlükdə yeniləşməsinin şahidi oluruq. Bu, ilk növbədə onun nəticəsidir ki, ölkədə müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində insan durur. Böyük nailiyyətlər qazanan, dünya dövlətləri birliyində öz layiqli yerini tutan Azərbaycan ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək hədəfinə doğru inamla irəliləyir. Ölkədə uğurlu iqtisadi siyasətin həyata keçirilməsi, yeni-yeni infrastruktur layihələrinin reallaşdırılması əhalinin firavan həyat tərzinin təmin olunmasına yönəldilib. İqtisadi uğurların nəticələrini hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında hiss edir.  İnsanlar  cənab Prezidentin siyasətinin nəticəsi olaraq indi iqtisadi, sosial, hüquqi baxımından azaddır, müstəqildir. Bu dəyərlərə ölkəmizin vətəndaşları Prezident İlham Əliyevin qlobal düşüncəyə, müasir idarəetmə metodlarlarına əsaslanan siyasətinin sayəsində çatıb. Cənab Prezidentin 10 il müddətində yürütdüyü siyasət milli maraqları özündə tam ehtiva etməklə yanaşı, bütövlükdə inkişaf, sabitlikrifaha, təhlükəsizliyin təminatına yönəlmişdir.

Heydər Əliyev siyasi kursunu 2003-cü ildən etibarən inamla davam etdirən və zamanın tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin gələcəyi ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflər özünün həyatiliyi, reallığa söykənməyi, vətəndaş maraqlarına əsaslanmağı ilə milli ideya statusu almışdır. Bazis olan iqtisadi siyasətin düzgünlüyü, obyektivliyi,  Azərbaycan reallıqlarına əsaslanması iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, özəl sektorun, bank-sığorta sisteminin inkişafına, insanlarda daha çox razılıq yaradan əməkhaqlarının, pensiyaların artmasına, təhsil sisteminin təkmilləşməsinə, mədəniyyət və turizm sahəsinin müasirləşməsinə, siyasi ideoloji işin yaxşılaşmasına, yeni düşüncə tərzinin formalaşmasına, yeni mənəvi mühitin yaranmasına səbəb olmuşdur. Neft kapitalının insan kapitalına çevrilməsi ölkə Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetlərinin ən əsaslarından biridir və ölkə əhalisini dövlətə, dövlətçiliyə qırılmaz tellərlə bağlayan iqtisadi-siyasi xeyirxahlıqdır, rəhbərin vətəndaşa verdiyi çox böyük dəyərdir. Ölkə başçısı tərəfindən nə edilirsə, hansı layihə həyata keçirilirsə, siyasətin hansı istiqamətinə üstünlük verilirsə, əhalinin mənafeyinə xidmət edəcək, rifahını yaxşılaşdıracaq məqsəd ideya olaraq əsas götürülür.

Mükəmməl iqtisadi uğur modelinə əsaslanan və onun müasir dünya iqtisadiyyatına inteqrasiya olunmasına yeni elmi əsas verən Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli iqtisadiyyatının inkişafına davamlılıq gətirdi. İqtisadiyyatın inkişafı ölkənin hərbi qüdrətinin artmasına şərait yaratdı və bu da öz növbəsində respublikamızın beynəlxalq miqyasda söz sahibinə çevrilməsinə imkan verdi. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçildi. Bir neçə ildir ki, əksər regional, beynəlxalq layihələr ölkəmizin iştirakı olmadan reallaşa bilmir, Azərbaycan bir çox beynəlxalq forumlara, konfranslara ev sahibliyi edir. Dünya siyasətinin müəyyən edilməsində özünəməxsus yer tutur.

Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin uğur diplomatiyasının, nəticələri əvvəldən bəlli olan sosial-iqtisadi siyasətinin, insanların rifahına hesablanmış layihələrin, vətəndaşa qayğısının, vətənə məhəbbətinin, yüksək intellektinin, dərin düşüncəsinin, ulu öndərin əmanət etdiyi vətənimizin taleyi üçün üzərinə götürdüyü məsuliyyəti böyük dəyanətlə daşımasının nəticəsidir. Xalqımız, hər bir ölkə vətəndaşı bunları görür, duyur, dəyərləndirir və hər bir halda üstünlüyü yalnız cənab İlham Əliyevə verir. Əsla başqa yönüm, başqa düşüncə, başqa istiqamət ola bilməz. Bir neçə fakta nəzər salaq: 2003-cü ildə ölkəmizdə yoxsulluğun səviyyəsi 44,7 faiz olmuşdur. 2013-cü ilədək isə 5,6 faizə enmişdir. 2003-cü ilin göstəricilərinə görə, orta aylıq əməkhaqqı təxminən 78 manat səviyyəsində idisə, 2013-cü ilin ötən müddətində 409 manat olmuşdur. Onilliyin başlanğıcında 20 manat olan orta aylıq pensiya 175 manata çatmışdır.

Vaxtilə ölkəni aclığa, səfalətə, dərəbəyliyə, dağıntılara, xaosa sürükləyənlərdə az da olsa utanmaq hissi olsa idi, prezident seçkilərində susarbir daha özləri öz çıxışları ilə əqli, siyasi geriliklərini üzə çıxarmazdılar. Belələrində nəfs, maddiyyata hərislik ağıla çox üstün gəlir.

Kimsə fikirləşər ki, seçkilər müvəffəqiyyətlə başa çatıb. Xalqımız öz rəhbərinə etimadını yekdilliklə izhar edib. Buna görə də keçmişə qayıtmağa nə hacət? Xeyr, fikrimizcə, həqiqətlər həmişə etiraf olunmalı, qiyməti verilməlidir. Susqunluq sonrakı bəlalara şərait yaratmış olardı. Buna görə də ədalətliyiksə, haqqın tərəfindəyiksə, ləyaqətliyiksə, imanlıyıqsa, yaxşını, yaxşılığı yaxşı görməyi bacarmalı, onu təbliğ etməliyik. Pisi, bədi, haqq yolundan sapanları, şər-böhtan şakərlərini, milli köklərdən uzaqları, dövlətçiliyə yadları da həmişə görməli və layiq olduqları qiyməti verməliyik.

Azərbaycanı çox müvəffəqiyyətlə idarə edən cənab İlham Əliyevin fəaliyyətinə qara eynəkdən boylananlar bircə yol bəsirət gözü ilə özlərinə baxa bilsələr, görərlər ki, bugünkü həyatlarına görə də respublika Prezidentinə borcludurlar. Çünki onlar da demokratik dəyərlər əsasında inkişaf  edən hüquqi dövlətin - Azərbaycanın vətəndaşıdırlar və 2003-cü ildə deyildiyi kimi, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir. O, ölkənin hər bir bölgəsində vətəndaşlarla görüşür, onların həyat və şəraiti ilə, məişət qayğıları ilə tanış olur. Şamaxı şəhərində bərpa olunan "Cümə" məscidinin açılışında Prezident İlham Əliyev demişdir: "İslam mərhəmət dinidir". Ən böyük mərhəmət və xalqına yanan ürək sahibio özüdür. Regionlara səfərləri zamanı verdiyi çoxsaylı fərman və sərəncamlardan dövlət rəhbərimizin mərhəmətinin, insanlara məhəbbətinin şahidi oluruq. Regionların sosial-iqtisadi inkişafı  dövlət proqramları da məhz ölkə rəhbərinin bu münasibətlərindən irəli gəlir. Həmin proqramların icrasını respublika Prezidenti daim diqqətdə saxlayır, regionlara mütəmadi səfərlər edir, işlərlə yerində tanış olur, hər bir rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirir, tapşırıq və tövsiyələr verir, daha sürətli inkişaf yollarını göstərir. Qeyri-neft sektorunun, xüsusilə, aqrar sahənin inkişafı ilə bağlı verilən sərəncamlar hər bir ailənin maddi durumunu yaxşılaşdırır, insanlarda növbəti vəzifələrin icrası üçün əsl mənada səfərbərlik yaradır. Neft sektorunda olduğu kimi, qeyri-neft sektoruna  da xarici investisiyaların cəlb edilməsi bu sahədə sürətli inkişafa təkan verir.

Əməldən, işdən daha çox sözə, şikayətə üstünlük verənlər əmanətlərin əvvəllər qaytarılmamasını dövlətə ittiham kimi yönəltməyə cəhd edirdilər. Vaxt yetişdi, imkan yarandı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik əmanətlərin verilməsi haqqında" fərman imzaladı. Bu fərman çox dəyərli bir tarixi sənəd olmaqla yanaşı, dövlət başçısının siyasi iradəsini birmənalı olaraq nümayiş etdirdi. Cari ilin iyul ayının birinədək 1 milyon 620 min nəfər əmanət sahibi banklardan öz vəsaitlərini almışdır.

Prezident İlham Əliyevin siyasi olimpə yüksəlişini şərtləndirən uğurlar, nailiyyətlər o qədər çoxdur, həyata keçirdiyi layihələr forma və məzmunca o qədər zəngindir ki, onların bir yazıda adlarını belə çəkmək imkan xaricindədir. Bu siyasət bugünkü bəhrələri, sabahkı perspektivləri ilə birgə elmi təhlilini tapmalı, Azərbaycanın inkişaf modeli elmi-tədqiqata cəlb olunmalıdır. Beynəlxalq maliyyə qurumları bu modeli inkişafa möhtac, inkişaf etməkdə olan  ölkələrdə tətbiq etməklə böyük uğur qazana bilər. Öyrənərlər:

- Necə oldu ki, on ildə respublikamızda 1 milyon 180 min yeni yeri açıldı? İşsizliyin səviyyəsi 5 faizə endi? Dünyanın bir çox ölkələrində iqtisadi və maliyyə böhranı yaşanır. Bir neçə ildir ki, bəzi ölkələr bu böhrandan çıxa bilmir. Böhran həm iqtisadi tənəzzülə, həm də sosial proqramların dayandırılmasına, müəssisələrin bağlanmasına, yerlərinin ləğvinə gətirib çıxarır. Azərbaycanda isə böhrandan yan keçilir, əksinə, böhran illərində əməkhaqları, pensiyalar ardıcıl olaraq artır, başqa ölkələrə kredit verilir. Azərbaycan  investor ölkələr sırasına daxil olur. Keçilən yol qısa, qazanılan nailiyyətlər isə çoxdur. Bunlar necə baş verir? Bu iqtisadi uğur modeli üzərində düşünən ölkələr və ya beynəlxalq qurumlar varmı? Çox təbii və sevindirici haldır ki, bunlar barədə xalqımız daha yaxşı düşünür, daha məntiqlidir, daha obyektivdir. Nailiyyətlərin, müvəffəqiyyətlərin, ölkə həyatının durmadan zənginləşməsinin mənbəyini və səbəbini çox yaxşı görürük. O, cənab İlham Əliyevdir. Azərbaycanı bu səviyyəyə ucaldan onun sosial-iqtisadi siyasətidir, onun ədalətliliyi və haqqa tapınmasıdır, insanı ən dəyərli kapital hesab etməsidir.

Bütün bunların şahidi olan qədirbilən xalqımız çox yaxşı görür, duyur, dərk edir ki, kim onu gələcəyə daha inamla apara bilər. Kim daha xoşbəxt sabaha, daha zəngin həyata qovuşdura bilər. Azərbaycan vətəndaşları, ölkə seçiciləri cənab İlham Əliyevin yenidən Prezident seçilməsi üçün heç bir təbliğata, vəkilə ehtiyac görmürdü. Onu nəinki respublikamızda, eləcə də beynəlxalq aləmdə tanıdan  xarüqəladə səviyyəli fəaliyyətidir, bir ölkə hüdudlarına sığmayan qlobal əhəmiyyətli layihələridir, dünya miqyasında gedən iqtisadi, sosial, siyasi proseslərdə fəal iştirakıdır. Cənab İlham Əliyevin ən yaxşı vəkili özüdür, 10 il müddətində gördüyü işlər hər bir təbliğatdan üstündür.

Bu üstünlüyü İsmayıllının timsalında da çox aydın görürbütün rayon həyatı üçün, bütün fəaliyyət istiqamətləri üçün örnək götürürük. İnkişaf, yüksəliş, mənəvi-əxlaqi ucalıq, ideya-siyasi yetkinlik bu yoldadır. Uğurlara yalnız cənab Prezidentin müəyyən etdiyi dövlət siyasətinə sədaqətlə, fəal iştirak etməklə  çatmaq olar.

"Yeni rəhbərlik təyin olunanda qarşıya bir neçə vəzifə qoyulmuşdu. İlk növbədə rayonun sosial-iqtisadi inkişafını sürətləndirməli idik və artıq bunu görürük. Eyni zamanda, insanları narahat edən problemlər öz həllini tapmalı idi. İnsanlara diqqət və qayğı göstərilməlidir" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 avqust 2013-cü il tarixdə İsmayıllıya səfəri zamanı dediyi sözlər, görülən işlərə verdiyi qiymət, tapşırıq və tövsiyələri hər bir rayon sakinində daxili səfərbərlik yaratmışdır, hamını öndə duran vəzifələrin icrası üçün bir araya gətirmişdir. İnanırıq ki, dövlət başçısının bölgəyə növbəti səfəri zamanı ismayıllılıların təqdim etməyə çox şeyi olacaq. Başlanğıcı yaxşı görən cənab Prezident sonrakı inkişaf üçün də maliyyə dəstəyi verəcək. Onu da görəcək ki, İsmayıllı dövlətçilik mövqeyindədir, ölkə rəhbərinin ətrafında sıx vəhdətdədir, verilən düzgün istiqamət üzrə inamla getmək bacarığındadır. Ümummilli lider Heydər Əliyevin unudulmaz səfərləri ilə zənginləşən, Prezident İlham Əliyevin böyük dəyər verdiyi İsmayıllı seçki ilində fədakarlıq yolunu tutdu, seçimini yalnız cənab İlham Əliyevə yönəltdi. Yəqin etdi ki, ona "gəl-gəl" deyənin yox, çörək verənin varlığı lazımdır. Haqqın-ədalətin tərəfində olan İsmayıllı əhalisi gördü ki, çox qısa müddətdə şəhər ərazisində su-kanalizasiya şəbəkəsi yenidən quruldu. 60 nəfərlik yeri olan tikiş fabriki, həmçinin avtovağzal istifadəyə verildi. Mübariz Orucov küçəsi başdan-başa müasir memarlıq üslubunda yeni dizaynla tərtib olundu, abadlaşdı, yollara asfalt salındı. M.F.Axundzadə küçəsindəki üçmərtəbəli yaşayış evlərinin köhnə görkəmi yeniləndi. Şəhərin girəcəyi və Nizami Gəncəvi küçəsi başdan-başa laləzara, ən abad məkana çevrildi, Lahıc qəsəbəsi və İvanovka kəndində xəstəxana, TircanTopçu kəndlərində həkim ambulatoriyaları, şəhərin Mican məhəlləsində 40 yerlik uşaq bağçası, 3 məktəb binası, 2 "Xeyir-şər" evi, H.Əliyev prospektində park, məktəblərdə yaşayan məcburi köçkünlər üçün 45 fərdi yaşayış evi, İvanovka-Hacıhətəmli yolu, tarixi memarlığımızı əks etdirən "Qala divarları" və çoxsaylı digər obyektlər tikildi. İsmayıllıda Dövlət HumanitarTexnologiya Kollecinin açılması rayonumuza cənab Prezident tərəfindən verilən ən böyük, ən dəyərli qiymət oldu.

Tikinti, abadlıq, quruculuq işləri indi daha sürətlə gedir, yeni-yeni infrastruktur layihələri həyata keçirilir. Bu sırada YAP rayon təşkilatı üçün yeni inzibati binanın, beşmərtəbəli 2 yaşayış binasının, 120 yerlik yeni uşaq bağçasının inşası, rayon mədəniyyət mərkəzinin əsaslı təmiri, H.Əliyev prospektinin, Ü.Hacıbəyli, H.B.Zərdabi, M.F.Axundzadə, Əbülhəsən küçələrinin və digər ərazilərin abadlaşdırılması və asfaltlanması, Basqal, Diyallı və başqa yaşayış məntəqələrinə qaz kəmərinin, bir neçə kəndə su xətlərinin çəkilməsi, enerji təchizatı sisteminin yenidən qurulması, İsmayıllı-Lahıc yolunun davamı və çoxsaylı vacib layihələr əsas yerləri tutur.

Bütün bunların hamısını İsmayıllı əhalisi cənab Prezident İlham Əliyevin xalqa tükənməz qayğısının nəticələri hesab edir. Düşünür ki, ümummilli lider Heydər Əliyevin xalqa qayğısı Prezident İlham Əliyevin siyasətinin ucalığında davam edir. Bunlar insanlar tərəfindən  tükənməz məhəbbətlə, dərin hörmət və böyük ehtiramla qarşılanan Prezident İlham Əliyevin fenomen şəxsiyyətinin, bənzəri olmayan fəaliyyətinin təbliği kimi qəbul edilir. Tikiləni, qurulanı, yaradılanı müşahidə edənlər seçkilərdə siyasət nəhənginə, millət qayğıkeşinə alternativ olmaq fikrinə düşən şəxsləri uca şəxsiyyət qarşısında çox kiçik və əlacsız gördülər.

İsmayıllı reallıqlarından bəhs edərək seçki öncəsi zamana qısa bir nəzər salıb yenidən bölgəmizin bu gününə qayıdaq. Bu günümüz nə ilə əlamətdardır? Səfəri zamanı İsmayıllıda tikilənləri, qurulanları, istifadəyə verilən yeni-yeni sosial obyektləri görmək üçün Nizami Gəncəvi küçəsində, Heydər Əliyev prospektində piyada hərəkət edən Prezident İlham Əliyev  İsmayıllını dövlətçilik mövqeyində, dövlətə xidmətdə, qarşıdakı vəzifələrin  icrasında, sabitlikdə gördübunu yüksək dəyərləndirdi: "Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır".

Dövlət başçısının İsmayıllıya tarixi səfərindən ruhlanan, başlanan tikinti-abadlıq işlərinin davamı üçün vəsait ayırdığı üçün ona minnətdar olan çoxsaylı sakinlərimiz cənab İlham Əliyevin ünvanına teleqramlar, məktublar göndərdilər. Onlardan bir neçəsində səslənən fikirlərə nəzər salaq:

Ağsaqqal ziyalı Fərman Bəşirov: "Biz, rayon ağsaqqalları fəxr ediriftixar hissi keçiririk ki, Heydər Əliyev ideyalarının davamçısı olan Sizin kimi yüksək intellekt, dərin düşüncə, iqtisadi, siyasi bilik sahibi, yüksək idarəetmə bacarığı olan lider ölkəyə rəhbərlik edir".

Gənc YAP üzvlərini təmsil edən Taleh Salehov: "Fəxr və qürur hissi ilə bildirirəm ki, xoşbəxt həyat bəxş etdiyiniz Azərbaycan gəncliyi Sizin bölgələrə səfərinizi ölkə həyatının yüksəlişi üçün özül, təməl kimi görür".

Qalagah kənd sakini Şahmalı Salmanov: "İsmayıllının bugünkü mənzərəsinə baxdıqca, kəndimizə, uşaqlarımızın təhsilinə göstərilən qayğını gördükcə bir daha yəqin edirik ki, sabahkı xoşbəxtliyimiz də, gələcək yüksəlişimiz də Sizin şərəfli adınızla bağlıdır".

Bu istək, arzu və diləklər ümumxalq səsləri idi ki, 9 oktyabrda cəmləşib yenidən cənab İlham Əliyevə verildi.

Haqq, ədalət, milli vəhdət, demokratiya, xalqla rəhbərin qarşılıqlı, tükənməz məhəbbəti, insanlara xoşbəxtlik gətirən əməllər, idarəetmə məharəti, siyasi və diplomatik iradə, əks qüvvələri dəf etmək bacarığı, saf əqidə, təmiz məslək, dərin inam, kamil iman cənab İlham Əliyevin simasında qalib gəldi. Prezident seçkiləri  onun mütləq qələbəsi ilə başa çatdı.

İsmayılılılar bu qələbənin sevincini yaşayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf, davamlı yüksəliş yolunda inamlı addımlar atırlar.

 

 

Mirdaməd SADIQOV,

iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi

Azərbaycan.-2013.- 25 oktyabr.- S.6.