Qalibiyyət təntənəsi

 

9 oktyabr 2013-cü il... Azərbaycan xalqı növbəti beş il üçün həm özünün, həm də dövlətimizin taleyinə səs verdi. Müdrik xalq yenidən ölkə başçısı cənab İlham Əliyevə etimad göstərdi, ona inamını ifadə etdigüclü Azərbaycan naminə güclü lideri seçdi. Demokratiyanın təntənəsi olan bu seçkilərdə Azərbaycan xalqı azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Əliyev bir daha sübut etdi ki, o, ümummilli lider Heydər Əliyevin siyasi varisidir, ən böyük azərbaycanlının ən böyük davamçısıdır.

 

 

Xalqın müstəqillik arzusu və əzmi

 

 

 

Hər bir xalqın zəngin mənəvi intellektual potensialının, milli məfkurə və özünüdərk hissinin konkret zamanda parlaq şəkildə üzə çıxması, minilliklər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsi kimi nəzərdən keçirilir. Bu mənada, xalqların azadlıq istəyi, müstəqil yaşam uğrundakı mübarizəsi, onların millət kimi formalaşıb vahid dövlətdə birləşməsi bütün zamanların ən vacib şərtlərindən biri olmuşdur.

Azərbaycanda dövlət müstəqilliyinin bünövrəsinin qoyulması XX əsrin əsas ideallarından biri olmuşdur. Tanınmış ictimai-siyasi xadimlər, böyük mütəfəkkirlər müxtəlif formalarda ölkəmizin müstəqillik qazanması, milli dövlətçiliyin bərqərar olması, xalqımızın azadlığa çıxması yollarında düşünüb-daşınmış, mübarizə aparmışlar. Bu ali məqsədə çatmaq üçün federasiya, konfederasiya, respublikasair kimi dövlətçilik tipləri barədə mülahizələr irəli sürülmüş, yollar, vasitələr axtarılmışdır. Bu mənada 28 may 1918-ci il tarixdə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə bu demokratik dövlətin qurucularının deyil, bütövlükdə xalqımızın, milli ziyalılığın arzusunun ifadəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudluğunun ən böyük nəticəsi xalqın milli-tarixi yaddaşına müstəqillik düşüncəsini əbədi həkk etdirməsi olmuşdur. Buna görə də 18 oktyabr 1991-ci ildə Azərbaysanda yenidən dövlət müstəqilliyinin bərqərar olması milli-tarixi yaddaşın təzə epoxadakı oyanışı və ya müstəqil dövlətçiliyin bərpa edilməsi mənasında mühüm əhəmiyyətə malik böyük siyasi hadisədir. Həmin gün qəbul edilmiş "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı" milli düşüncədə yaşayan müstəqil dövlətçilik idealının bəyannaməsi idi.

Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasiiqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin taleyinin həll olunduğu ən ağır günlərdə - 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyev öz xalqının iradəsinin ifadəsi olaraq Ali Sovetin Sədri seçilməklə yenidən Azərbaycan rəhbərliyinə qayıtdı. Bu, əslində Heydər Əliyevin uçurum astanasına gələn müstəqil Azərbaycan Respublikasını, xalqını, onun milli azadlıq ideallarını məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli tarixi missiyanı könüllü şəkildə öz üzərinə götürməsi demək idi. Bu, sözün əsl mənasında "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli dövlət xadiminin öz vətəni qarşısında misilsiz fədakarlığı idi. O, yenidən ikinci dəfə hakimiyyətə gəldi, qurdu, yaratdı, müasir Azərbaycanın sağlam bünövrəsini qoydu...

 

 

 

Əsrə bərabər 10 il

 

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı və müasir dövrün yeni lideri Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə həyata keçirilən siyasət ölkə vətəndaşlarının həyat şəraitlərinin yaxşılaşmasını, regionların sosial-iqtisadi inkişafını, kiçik və orta sahibkarlığa diqqətin artırılmasını, ölkədə yoxsulluğun azaldılmasını, işsizliyin minimuma endirilməsini, ölkə gənclərinin dünyanın ən tanınmış ali təhsil müəssisələrində təhsil almasını və s. təmin etmişdir.

Azərbaycan bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neftqeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfiorta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq hava limanları istismara verilir, minlərlə kilometr yolmüasir körpülər salınır, insanların rifah halı yaxşılaşır və özünəinam hissi güclənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Son on ilin nəticələri və yekunları bir daha sübut edir ki, onun rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel yüksəlişini təmin edibbu tendensiya ardıcıl surətdə davam etməkdədir. Əldə olunan uğurları sistemləşdirsək, deyə bilərik ki, məhz ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə son on ildə:

ərazi bütövlüyümüzün təmin olunmasında prinsipial mövqe qətiyyət və ardıcıllıqla davam etdirilmiş; dövlətçilik qüdrəti artırılmış və qəbul edilən bütün qərarlar bu ümummilli məqsədə yönəldilmiş; davamlı sabitlik: dövlət idarəçiliyində bütün dünyanı təhdid edən gözlənilməz böhran şəraitində belə ən müxtəlif mənbələrdən gələ biləcək təsirlərin destruktiv nəticələri aradan qaldırılmış, iqtisadi, sosial, mədəni, elmi inkişafın tempi qorunub saxlanılmış; bütün cəmiyyət tərəfindən geniş rəğbət və dəstək qazanan legitim siyasi lider faktoru formalaşmış; rəsmi Bakının həyata keçirdiyi xarici siyasət müdafiə xəttindən balanslaşdırılmış və hücumçu diplomatiya xəttinə keçmişs.

Beləliklə, Prezident İlham Əliyev bir daha sübut etmişdir ki, o, dahi lider Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı və gələcəyə daşıyıcısıdır.

 

 

 

Xalqın seçimini şərtləndirən amillər

 

 

Yuxarıda da qeyd olunduğu kimi, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti olduqca çoxşaxəli və hərtərəfli xarakter daşıyır. Xalqımız əmindir ki, gələcəkdə cənab İlham Əliyevin nəzərdə tutduğu, dövlət quruculuğunun ən müxtəlif sahələrinə yönələn irimiqyaslı layihələrin həyata keçirilməsi Azərbaycanın zəngin və qüdrətli dövlətə çevrilməsi, əhalinin rifahının yaxşılaşdırılması və ərazi bütövlüyümüzün təmin olunması deməkdir. Azərbaycan xalqı qəti olaraq əmindir ki, bu qlobal vəzifələri yerinə yetirə biləcək yeganə namizəd Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi İlham Əliyevdir. Çünki məhz onun siyasi hakimiyyəti dövründə:

 

- ÜDM 3,4 dəfə artmış;

 

- dövlət büdcəsinin gəlirləri 16 dəfə artaraq 17 milyard 3 milyon manata yüksəlmiş;

 

- strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq 50 milyard ABŞ dollarını keçmiş;

- orta aylıq əməkhaqqı 6,3 dəfə artaraq 2013-cü ilə 500 manata qədər yüksəlmiş;

 

- əhalinin gəlirləri ötən on ildə 6,9 dəfə yüksəlmiş;

- orta aylıq pensiyaların məbləği 9,2 dəfə artaraq 170 manata çatmış;

- sosial müavinətlərin məbləği 3,7 dəfə artırılmış;

- yoxsulluğun səviyyəsi 46,7 faizdən 6,0 faizə enmiş;

- sovet banklarında qalan əmanətlərin qaytarılması üçün 1 milyon 450 minə yaxın əmanət hesabı üzrə 555 milyon manata yaxın birdəfəlik ödəniş edilmiş;

- dövlət büdcəsindən sosialyönümlü xərclərə ayrılan vəsaitin məbləği 7 dəfə artaraq 4,7 mlrd. manat olmuş;

- işsizliyin səviyyəsi 44,6 faiz azalaraq 5,2 faizə enmiş;

- 1 milyon 2 yüz mindən çox yeni yeri açılmış;

- sahibkara verilən güzəştli kreditlər hesabına 104 mindən çox yeni yeri yaranmış;

- informasiya və rabitə xidmətlərinin həcmi 9 dəfə artmış;

- Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" orbitə çıxarılmış;

- sənaye istehsalı 3 dəfə artmış;

- qeyri-neft sektorunda artım 2,7 dəfə yüksəlmiş;

- 2003-2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulmuş;

- on ildə 2500-ə yaxın məktəb tikilmiş;

- 500-dən artıq tibb müəssisəsi istifadəyə verilmiş;

- 38 olimpiya idman kompleksi tikilib istifadəyə verilmiş;

- məcburi köçkünlər üçün 61 müasir qəsəbə salınmış, 25,5 min ailə ya 129 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır s.

Əldə etdiyimiz inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim xalqın maraqlarına xidmət göstərir Azərbaycan öz inkişafında bu illərdə qazandığı uğur nəticələrə dayanaraq XXI əsrin daha möhtəşəm tarixini yazmağı, miqyaslı nəhəng vəzifələrin həllini hədəf götürür.

 

 

 

Aytac ƏLİYEVA,

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan.-2013.- 25 oktyabr.- S.3.