Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq duyuram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan xalqı inkişaf və tərəqqi yolunda irəliləməyə davam edəcəkdir.

Pakistan ilə Azərbaycan arasında möhkəm dostluq münasibətləri mövcuddur. Yüksək səviyyəli ikitərəfli əlaqələr xalqlarımızın ümumi ümidlərini və arzularını əks etdirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri gələcəkdə müxtəlif sahələrdə daha da möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, zati-alinizə cansağlığı, dost Azərbaycan xalqına isə davamlı inkişaf arzularımı çatdırıram.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

Məmnun HÜSEYN,

Pakistan İslam Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.