Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə xalqınızın xoşbəxtliyi və rifahı naminə ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm.

Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üçün Sizinlə birlikdə çalışmağa tam hazır olduğumu bir daha bildirmək istəyirəm.

Hörmətli Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

 

Əbdüləziz BUTEFLİKA,

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.