Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə şəxsən öz adımdan və Əfqanıstan İslam Respublikasının bütün xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.

Yenidən Prezident seçilməyiniz dostqardaş Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz siyasətə olan etimadının və inamının təsdiqidir.

Əminəm ki, dostqardaş Azərbaycan xalqı Sizin rəhbərliyinizlə yüksək inkişaf və tərəqqiyə nail olacaqdır. Əfqanıstan İslam Respublikası və Azərbaycan Respublikası arasında olan əlaqələr isə daha da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizi bir daha parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm və Allahdan Sizə cansağlığı, Azərbaycan xalqına səadət və tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

Həmid KƏRZAİ,

Əfqanıstan İslam Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.