Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Cənab Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Demokratik prosesin vacib hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim təklif edir. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm. Bu, bizim ümumi səylərimizin yalnız bir nümunəsidir. Biz Azərbaycan ilə tərəfdaşlığımızın davamlı olacağına ümid edirik.
Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram.
Hörmətlə,
Debbi RODELLA,
Nyu-Meksiko ştatının Nümayəndələr
Palatasının üzvü
Azərbaycan.-2013.- 25 oktyabr.- S. 1.