Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Əziz İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Bu hadisə münasibətilə biz bütün Azərbaycan xalqını - Sizin sayənizdə və əlbəttə, atanız Heydər Əliyevin sayəsində dünyanın nüfuzlufiravan dövlətlərindən birinə çevrilmiş ölkənin xalqını təbrik edirik.

Ölkələrimiz arasında tarix boyu, həqiqətən, səmimi dostluq münasibətləri olmuşdur və əminik ki, həmişə belə olacaqdır. Azərbaycan ən gözəl ölkələrdən biridir. Buraya bir dəfə gələnlər dönə-dönə gəlmək istəyirlər və çox əlamətdar haldır ki, burada ənənələr xüsusi diqqətlə qorunub saxlanılır, incəsənət tərəqqi edir.

Azərbaycanın bütün vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə Sizə və ailənizə uzun ömür, xoşbəxtlik arzulayırıq.

Hörmətli İlham Heydər oğlu, Moskvaya səfərlərinizin birində bizim Opera İfaçılığı Mərkəzinin fəxri qonağı olsanız, bunu özümüz üçün şərəf və xoşbəxtlik hesab edərik.

Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin və Mstislav Rostropoviç Fondunun bütün kollektivi adından dərin hörmətlə,

 

 Olqa Mstislavovna ROSTROPOVİÇ

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.