Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin.
Çoxsaylı yerli və xarici müşahidəçilər Azərbaycanda prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini yüksək qiymətləndirmişlər. Bu elektoral kampaniya, həqiqətən, Azərbaycanda tamamilə dinc və şəffaf şəraitdə keçmişdir.
Seçkilərdə Sizin inamlı qələbəniz çox ruhlandırıcıdır. Seçicilərin 85 faizə qədərinin Sizə səs verməsi Azərbaycan xalqının öz liderinə yekdil inamının təsdiqidir.
Azərbaycan vətəndaşları öz ölkəsi üçün
sabitlik və inkişaf
yolu seçmişlər. Respublikada real uğurlar
məhz son on ildə,
Sizin prezidentliyiniz
dövründə qazanılmışdır.
İqtisadiyyatın bütün sektorlarında
baş verən dinamik dəyişikliklər
əhalinin rifah səviyyəsini xeyli yüksəltməyə imkan
vermişdir. Yeni
iş yerləri açılır, yoxsulluğun
və işsizliyin səviyyəsi dəfələrlə
azalmışdır. Azərbaycan Cənubi Qafqaz regionunun hamı tərəfindən
qəbul edilmiş iqtisadi və siyasi liderinə çevrilmişdir. Dünyanın
aparıcı dövlətləri
Sizin ölkənin
fikri ilə hesablaşır.
Müasir
Azərbaycanın bütün
bu nailiyyətlərində
mən Sizin
əhəmiyyətli rolunuzu
və xidmətinizi görürəm. Siz atanız
möhtərəm Heydər
Əliyevin böyük
işinin layiqli davamçısısınız. Bu gün Siz
Azərbaycan xalqı tərəfindən qəbul
edilmiş, ölkəni
tərəqqinin yeni zirvələrinə aparmağa,
onu daha da inkişaf etdirməyə qadir olan lidersiniz.
Əziz İlham Heydər oğlu, Sizi və bütün Azərbaycan xalqını
bu əlamətdar qələbə münasibətilə
bir daha ürəkdən təbrik
etmək istəyirəm. Mənim təbriklərimi
xanımınıza, Mehriban
Arif qızına da çatdırmağınızı
xahiş edirəm.
Sizə müvəffəqiyyət, cansağlığı,
dövlətin inkişafı
ilə bağlı qarşınızda duran bütün vəzifələri
uğurla həyata keçirməyiniz üçün
güc və enerji diləyirəm.
Ən xoş arzularla,
Timur KULİBAYEV,
"KAZENERGY" Assosiasiyasının
sədri
Azərbaycan.-2013.- 25 oktyabr.- S. 1.