Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

Əminəm ki, seçkilərdəki qələbəniz hər bir azərbaycanlının şəxsi, siyasiiqtisadi azadlıqlarının genişləndirilməsi istiqamətində uğurlu fəaliyyətinizin təsdiqidir.

1997-ci ildə təməli qoyulan Azərbaycan-ABŞ diplomatik əlaqələri mədəni, iqtisadistrateji sahələrdə inkişaf edərək hər iki ölkənin xalqları üçün geniş imkanlar yaratmışdır. Sizin yenidən Prezident seçilməyiniz ABŞ ilə Azərbaycan arasında insan hüquqları, demokratik institutların inkişafı, iqtisadi tərəqqi, terrorizmə qarşı mübarizə və regional təhlükəsizlik kimi sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun üzvü kimi Sizinlə və hökumətinizlə dövlətlərimiz arasında əlaqələri genişləndirmək üçün birlikdə çalışmağa ümid edirəm.

Hörmətlə,

 

 

Lyuk MESSER,

ABŞ Konqresinin üzvü

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.