Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi Havay ştatının qanunverici orqanı adından təbrik edirik. 

Havay ştatı qanunvericilərinin Azərbaycanı və onun ətraf regionunu yaxından tanımaları üçün bir neçə dəfə imkanı olmuşdur. Ştatın qanunverici orqanının nümayəndələri Sizin gözəl ölkənizdə beynəlxalq tədbirlərdə iştirak etmişlər. Bundan əlavə, Havay qanunverici orqanında təcrübə mübadiləsi keçən azərbaycanlı tələbədən ölkənizin zəngin tarixi və mədəniyyəti barədə yeni biliklər əldə etmişik.

Ştatın Honolulu şəhəri 1998-ci ildən Bakı ilə qardaşlaşmışdır.

Biz ölkələrimiz arasındakı yaxşı iqtisadi-ticari əlaqələri yüksək dəyərləndiririk. Sizin Sakit okean ticari məkanının yolayrıcında yerləşən Xəzər regionunda mühüm mövqeyinizi dəyərləndirərək davamlı xoşməramlılığı və qarşılıqlı hörməti alqışlayırıq.

Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzu edirik.

Hörmətlə,

 

 

Cozef M.SOUKİ

Nümayəndələr Palatasının spikeri

Donna Merkado KİM

Senatın sədri

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.