Avstriya Respublikasının
Federal Prezidenti zati-aliləri
cənab Haynts Fişerə
Hörmətli cənab Federal Prezident!
Avstriya Respublikasının
milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan-Avstriya
əlaqələri hərtərəfli
şəkildə genişlənməkdədir. Ümidvaram ki,
daim möhkəmlənən
dövlətlərarası münasibətlərimiz iqtisadi
və humanitar sahələrdə səmərəli
əməkdaşlığımızın
inkişafına bundan
sonra da töhfələr verəcəkdir.
Belə
bir xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Avstriya xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 26 oktyabr.- S.1.