Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında ikitərəfli xoş münasibətlərin gələcək inkişafına böyük nikbinliklə baxıram. Əminəm ki, Azərbaycan "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı ilə sıx əməkdaşlığın potensialından tam istifadə edəcəkdir.

Ölkənizin inkişafına, xüsusilə hüquqi dövlət və demokratik cəmiyyət quruculuğuna yönəlmiş siyasətinizi qətiyyətlə davam etdirmək işində Sizə uğurlar diləyirəm.

Almaniya indiyədək olduğu kimi, Azərbaycanı bu yolda etibarlı tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

 

Angela MERKEL,

Almaniya Federativ Respublikasının Federal Kansleri

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 3.