Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Bu qələbə Azərbaycan xalqının Zati-alinizə olan etimadını və nikbinliyini bir daha sübut edir.

Eyni zamanda, Sizə və dövlətinizə Çili xalqının dostluğunu və rəğbətini ifadə edir, Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək Azərbaycan ilə Çili arasında mövcud olan dostluq əlaqələrinin davamlı şəkildə güclənməsi istiqamətində arzularımı və Sizə ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

 

Sebastian Pinera EÇENİKE,

Çili Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 3.