Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan qürur və fəxarət hissi duyuram.

Seçkilərdə parlaq qələbəniz Azərbaycanı uğurlu demokratik inkişaf yolu ilə irəliyə aparmaq səylərinizə və lideri olduğunuz partiyanın fəaliyyətinə xalqınızın dəstəyinin əyani göstəricisidir.

Əminəm ki, partiyalarımız arasında əməkdaşlıq bundan sonra da demokratik inkişaf dəyərlərindən faydalanmaq yolu ilə daha da dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.

İcazə verin, bir daha qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırım.

Hörmətlə,

 

Boyko BORİSOV,

Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş

 Hərəkatı Partiyasının sədri, 2009-2013-cü illərdə

 Bolqarıstanın sabiq Baş naziri

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 3.