Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Ukrayna müsəlmanları adından mənim səmimi təbriklərimi qəbul edin.
Biz, çoxsaylı Azərbaycan diasporunun yaşadığı çoxmillətli Ukrayna dövlətinin müsəlmanları xeyirxahlığın və həqiqi biliklərin yayılması üçün çalışmış Qafqazın böyük müsəlman teoloqlarının irsini yüksək qiymətləndiririk. Onların əsərləri müsəlman dünyası, o cümlədən Ukrayna müsəlmanları üçün bilik mənbəyidir. Ukrayna Müsəlmanları Dini İdarəsi bu böyük irsi indiki və gələcək nəsillərə çatdırmağa və onu qoruyub saxlamağa çalışır, Ukraynada yaşayan və islama etiqad edən xalqların milli mədəniyyətlərinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.
Sizin şəxsinizdə Azərbaycan xalqına yüksək mənəviyyatı və gözəl ənənələri həmişə qoruyub saxlamağı arzu edirik. Qadir Allahdan Sizin dövlətə sülh və çiçəklənmə diləyir, Sizə və ailənizə möhkəm cansağlığı və cəmiyyətin rifahı naminə səmərəli fəaliyyət arzulayırıq.
Hörmətlə,
Şeyx Əhməd TƏMİM,
Ukrayna Müsəlmanları Dini
İdarəsinin sədri, Ukraynanın müftisi
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 3.