Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
Belarus Respublikasına səfəri
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 25-də MDB Dövlət
Başçıları Şurasının
iclasında iştirak
etmək üçün
Belarus Respublikasının paytaxtı
Minskə yola düşmüşdür.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov yola saldılar.
AzərTAc
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 3.