Misirin populyar internet qəzetində Azərbaycanda prezident
seçkilərinin demokratik şəraitdə
keçirilməsindən
bəhs edən yazı yerləşdirilmişdir
Misirin populyar "ArabJournaleaks" internet qəzetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun bu il oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı məqaləsi yerləşdirilmişdir. http://www.arabjournaleaks.com/SubHome.aspx?idcnt=1074
Müəllif Elnur Aslanov azad və demokratik şəraitdə İlham Əliyevə səs verən seçicilər üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hesabatının heç bir məna kəsb etmədiyini bildirərək oktyabrın 9-da Azərbaycan xalqının öz şüurlu seçimini etdiyini vurğulamışdır.
Məqalənin müəllifi dünyanın bütün ölkələrindən dövlət başçılarının İlham Əliyevə şəffaf və demokratik seçkilərin keçirilməsini alqışlayan və xalqın Prezidentə inam mandatını təsdiqləyən təbrik məktubları göndərdiklərini diqqətə çatdırmışdır. Şöbə müdiri ölkədə bütün sahələrdə gedən inkişaf prosesinin davamlı olmasına öz seçimi ilə töhfə verən Azərbaycan xalqının bu seçkilərlə İlham Əliyevə dəstəyini növbəti dəfə nümayiş etdirdiyini qeyd etmişdir.
Məqalədə həmçinin ATƏT-in DTİHB adlanan beynəlxalq institutunun siyasi təzyiq alətinə çevrildiyi, qiymətləndirmə missiyasının müşahidəçilərinin əvvəlcədən qərəzli mövqe tutması ilə yanaşı, onların məsələyə nə qədər cəfəng yanaşdıqları və bu cür dəyərləndirməyə rəvac verən müxalifət qəzetlərin yazdıqları əsassız məlumatlara söykəndiyi də bildirilmişdir.
Müəllif Qərb dövlətlərinin özlərinin ATƏT-in DTİHB-nin əksər tövsiyələrini yerinə yetirmədiyini də ayrıca qeyd etmişdir.
Məqalə müəllifi həmçinin ATƏT-i bu faktı yenidən nəzərdən keçirməyə çağırır və DTİHB-nin seçkilərin monitorinqinə dair obyektiv qiymətləndirmə mexanizmini işləyib hazırlamasını təkid edir.
Elnur
Aslanov məqalənin sonunda çoxsaylı beynəlxalq
müşahidəçilər tərəfindən
seçkilər prosesinin yüksək səviyyədə təşkil
edildiyinə və hər hansı ciddi qanun pozuntusunun
olmadığına dair verilmiş açıqlamaları da
diqqətə çatdırmışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Əmman
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 3.