Fövqəladə hallar naziri Xırdalan şəhərində vətəndaşları qəbul etmişdir

 

Oktyabrın 25-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Xırdalan şəhərində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları sakinlərinin qəbulunu keçirmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bundan əlavə, kadr məsələləri ilə bağlı 65, digər məsələlərlə bağlı müraciət etmiş 38 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.

 

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 7.