Dövlət Gömrük
Komitəsinin sədri Tovuzda vətəndaşları
qəbul etmişdir
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 25-də Tovuz Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər verir ki, DGK-nın struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilmişdir.
Komitənin
səlahiyyətlərinə aid olan müraciətlərin bir
qismi yerindəcə öz müsbət həllini
tapmışdır. Bəzi məsələlərin isə
həll olunması üçün müvafiq tapşırıq verilmişdir.
DGK-nın səlahiyyətlərinə aid
olmayan müraciətlər aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata
alınmışdır.
Azərbaycan.-2013.- 26 oktyabr.- S. 7.