Türkmənistanın Prezidenti
zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova
Hörmətli Qurbanqulu Məlikquliyeviç!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında tarixən təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLIYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 27 oktyabr.- S.1.