Çex Respublikasının Prezidenti zati-aliləri cənab Miloş Zemana
Hörmətli cənab Prezident!
Çex Respublikasının milli bayramı münasibətilə
Sizi və bütün xalqınızı
Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan
Respublikası ilə Çex Respublikası arasındakı münasibətlər
dinamik inkişaf yolundadır. İnanıram ki, ölkələrimiz
və xalqlarımız
arasındakı ənənəvi
dostluq münasibətlərinin
möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlığımızın
dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə
səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, Çex Respublikasının dost xalqına
daim sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 27 oktyabr.- S.1.