Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Konsulluğu
haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə 98; 2009, ¹ 2, maddə 59; 2010, ¹ 11, maddə 968; 2012, ¹ 11, maddə 1107) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 24.13-1-ci yarımbənd əlavə edilsin:
"24.13-1.
mühafizəsi zəruri hesab edilən Konsulluqda mühafizə
xidmətinin aparılmasına nəzarət edir;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 27 oktyabr.- S.1.