Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Sənaye parkları haqqında
Nümunəvi Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Sənaye parkları haqqında
Nümunəvi Əsasnamə"ni "Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il
19 aprel tarixli 628-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 4, maddə 379) ilə təsdiq edilmiş "Sənaye
parkları haqqında Nümunəvi Əsasnamə"də
aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"1.3.4. sənaye parkının rezidenti - bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;".
2. Aşağıdakı məzmunda 9.20-1-ci bənd əlavə edilsin:
"9.20-1. Sənaye parkının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye parkında digər istehsal sahəsi qurmaq istədikdə, həmin rezidentin yeni investisiya layihəsi üzrə qeydiyyatı bu Əsasnamənin 9-cu hissəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir və rezidentin əvvəlki qeydiyyat şəhadətnaməsi ləğv olunmadan ona yeni qeydiyyat şəhadətnaməsi verilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 27 oktyabr.- S.1.