Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə»də dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 670; 2007, ¹ 3, maddə 233, ¹ 5, maddə 455, ¹ 8, maddə 768, ¹ 11, maddələr 1094, 1105; 2008, ¹ 5, maddə 373, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2012, ¹ 5, maddə 420, ¹ 9, maddə 857) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu bəndin birinci və ikinci cümlələrində "aparatı" sözündən sonra ", tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)" sözləri əlavə edilsin.
2. 11-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.".
3. 14.2-ci yarımbənddə "təsdiq edir" sözlərindən sonra
",
tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini
təsdiq edilmək üçün təqdim edir" sözləri
əlavə olunsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 27 oktyabr.- S.1.