Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 966 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.11.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Əsasnaməyə aşağıdakı məzmunda 3.11.8-ci yarımbənd əlavə edilsin:
"3.11.8.
prospekt, küçə, meydan və müvafiq ərazi
vahidinin digər tərkib hissələrinə ad verilməsi və
ya onların adının dəyişdirilməsi barədə
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsini 3 (üç) gün müddətində
məlumatlandırır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 27 oktyabr.- S.1.