Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Son onilliklər ərzində ölkələrimiz arasında ümumi məqsədlər və maraqlara əsaslanan əməkdaşlıq şübhəsiz ki, dinamik surətlə inkişaf etmişdir. ABŞ-a Əfqanıstan, İraqKosovoda sülhyaratma əməliyyatlarında dəstək verdiyinizə görə təşəkkür edirəm.

Əminəm ki, gələcəkdə də ölkələrimiz və xalqlarımız arasında uzunmüddətli dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün birgə səy göstərəcəyik. Bir sıra qlobal çətinliklərlə üz-üzə gəlməyimizə baxmayaraq, ümidvaram ki, biz ölkələrimiz arasında və dünyada ədaləti, qanunun aliliyiniiqtisadi inkişafı təşviq etmək üçün əməkdaşlıq edəcəyik.

ABŞ Konqresi nümayəndə heyətinin tərkibində Sizinlə iyul ayında görüşmək çox qürurvericiböyük şərəf idi. Bakıda və ya Vaşinqtonda yenidən Sizinlə görüşməyə ümid edirəm. Sizə və Azərbaycan xalqına uğurlar arzulayıram. Əminəm ki, Siz Azərbaycanı daha da irəliyə aparacaqsınız.

Səmimiyyətlə,

Hörmətlə,

 

 

Robert B.ADERHOLT,

ABŞ Konqresinin üzvü

Azərbaycan.-2013.-  27 oktyabr.- S. 2.