Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Əziz İlham Heydər oğlu!

İcazə verin, Sizi - Azərbaycan xalqının hamı tərəfindən qəbul olunmuş liderini dövlətimizin ali rəhbəri vəzifəsinə üçüncü müddətə seçilməyiniz münasibətilə təbrik edim. Bu hadisə Azərbaycan vətəndaşlarının gözündə Sizin şəksiz nüfuzunuzu bir daha təsdiq etmişdir. Siz böyük atanızın işinin layiqli davamçısısınız. Sizin dövrünüzdə ölkə yeni tarixi görkəm alır, iqtisadiyyat və mədəniyyət yenilənir və inkişaf edir, insanların rifahı artır. Biz Sizin siyasi zəkanıza, istedadınıza, müdrikliyinizə və Azərbaycan xalqının ənənələrinə sadiqliyinizə inanırıq.

Gözəl Vətənimizə məsul və nəcib xidmətdə Sizə səmimi qəlbdən yeni uğurlar və nailiyyətlər arzulayıram.

Sizin,

 

 

Tahir SALAHOV,

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti,

 SSRİ xalq rəssamı

Azərbaycan.-2013.-  27 oktyabr.- S. 2.