"Orta ixtisas təhsili
müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin dəyişiklik
edilmiş bəzi qərarlarının
siyahısı"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14
yanvar tarixli 7 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 312 Bakı şəhəri,
24 oktyabr 2013-cü il
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 629-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 2896 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 60; 2012, ¹ 5, maddə 484, ¹ 6, maddə 625, ¹ 10, maddə 1008) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 1.21-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar, habelə onların arasından olan şəxslər
dövlət, bələdiyyə və özəl orta ixtisas
təhsili müəssisələrində ödənişli əsaslarla
təhsil aldıqları müddətdə təhsil haqqı
dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 27 oktyabr.- S.3.