Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 311 Bakı şəhəri,
24 oktyabr 2013-cü il
"Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2013-cü
il 19 aprel tarixli 629-IVQD nömrəli Qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 16 may tarixli 2896 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 3, maddə 261; 2011, ¹ 9, maddə 858; 2013, ¹ 3, maddə 335) ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.5-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar, habelə onların arasından olan şəxslər
dövlət, bələdiyyə və özəl ali təhsil
müəssisələrində ödənişli əsaslarla
təhsil aldıqları müddətdə təhsil haqqı
dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 27 oktyabr.- S.3.