Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Doktoranturaların yaradılması və doktoranturaya
qəbul Qaydaları"nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 310 Bakı şəhəri,
24 oktyabr 2013-cü il
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 629-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 2896 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 695) ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 1.6-cı bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar, habelə onların arasından olan şəxslər
dövlət, bələdiyyə və özəl ali təhsil
müəssisələrində ödənişli əsaslarla
təhsil aldıqları müddətdə təhsil haqqı
dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 27 oktyabr.- S.3.