"Fiziki şəxslər
tərəfindən istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların gömrük
sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş Qaydaları"nın təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 305 Bakı şəhəri,
14 oktyabr 2013-cü il
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.27-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 5, maddə 355; 2003, ¹ 6, maddə 342; 2004, ¹ 4, maddə 308, ¹ 5, maddə 385, ¹ 8, maddə 655, ¹ 11, maddə 966; 2005, ¹ 6, maddə 558, ¹ 11, maddə 1061; 2006, ¹ 4, maddə 297, ¹ 5, maddə 463; 2007, ¹ 5, maddə 543; 2008, ¹ 2, maddə 118; 2010, ¹ 4, maddə 352) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaların 3-cü hissəsinin və 1 nömrəli əlavəsinin müddəalarını nəzərə alaraq, fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydalarında müvafiq dəyişikliklər etsin.
4. Bu
qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə
minir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 27 oktyabr.- S.3.