Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları"nda dəyişikliklər  edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 302             Bakı şəhəri, 11 oktyabr 2013-cü il

 

 

 

 

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyul tarixli 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 516; 2002, ¹ 11, maddə 675; 2008, ¹ 2, maddə 130; 2013, ¹ 6, maddə 734) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası polis orqanlarının xüsusi təchiz olunmuş binalarla təmin edilməsi Normaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bənddə, 1.5-ci bəndin altıncı abzasında, 2.9-cu və 2.10-cu bəndlərin birinci abzaslarında, 2.12-ci bəndin 3 nömrəli cədvəlinin 1-ci qrafasında və 5.14-cü bənddə ismin müvafiq hallarında "təcridxanaları" sözü "yerləri" sözü ilə əvəz edilsin.

2. 1.2-ci bənddə, 1.5-ci bəndin yeddinci abzasında, 2.9-cu bənddə, 6-cı hissənin adında, 6.1-6.4-cü bəndlərdə, 6.12-ci bəndin "Qeyd"ində, 6.29-cu və 6.32-ci bəndlərdə, 7 nömrəli əlavənin adında və mətnində ismin müvafiq hallarında "xüsusi qəbuledici - bölüşdürücü məntəqə" sözləri və 6.44-cü bəndin 5 nömrəli cədvəlinin 2-ci qrafasında "xüsusi qəbuledici" sözləri ismin müvafiq hallarında "inzibati həbs olunanların saxlanılma məntəqəsi" sözləri ilə əvəz edilsin.

3. 2.4-cü bəndin üçüncüdördüncü abzaslarında, 3.13-cü bəndin 4 nömrəli cədvəlində (hər iki halda), 6-cı hissənin adında, 6.2-ci və 6.45-ci bəndlərdə, 4 və 6 nömrəli əlavələrin adında "təcridxanası" sözü "yeri" sözü ilə əvəz edilsin.

4. 2.6-cı bəndin üçüncüdördüncü abzaslarında, 2.11-ci bəndin birinci hissəsində və ikinci abzasında, 2.12-ci bəndin 3 nömrəli cədvəlinin 3-cü qrafasında, 6.8-ci bənddə, 6.30-cu bəndin 2-ci hissəsinin on birinci abzasında və 6.46-cı bənddə, habelə 5 nömrəli əlavənin adında və mətnində və 6 nömrəli əlavədə ismin müvafiq hallarında "qəbuledici - bölüşdürücü məntəqə" sözləri ismin müvafiq hallarında "inzibati həbs olunanların saxlanılma məntəqəsi" sözləri ilə əvəz edilsin.

5. 2.12-ci bəndin 3 nömrəli cədvəlinin 2-ci qrafasında ismin müvafiq hallarında "xüsusi qəbuledici məntəqə" sözləri, 6.10-cu və 6.13-cü bəndlərdə "xüsusi qəbuledici kamera" sözləri, 6.37-ci bəndin ikinci abzasında "xüsusi qəbuledici" sözləri ismin müvafiq hallarında "inzibati həbs olunanların saxlanılma məntəqəsi" sözləri ilə əvəz edilsin.

6. 6.9-cu bəndin dördüncü abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

"inzibati həbs olunanların saxlanılması üçün xüsusi məntəqəsi olmayan polis orqanlarının müvəqqəti saxlama yerlərinin kamera bloklarında xüsusi kamera təchiz edilir.".

7. 6.26-cı bənd aşağıdakı redaksiyada verilsin və həmin bəndə aşağıdakı məzmunda "Qeyd" əlavə edilsin:

"6.26. Xidməti təsərrüfat otaqlarına aşağıdakılar aiddir:

 

rəis otağı;

şəxsi əşyaların saxlanılması üçün otaq;

növbətçi otağı;

şəxsi baxış keçirmək üçün otaq;

istintaq otağı;

tanınma otağı;

görüş otağı;

tibb işçisi otağı;

duşxana;

dezinfeksiya otağı;

mətbəx;

ibadət və televiziya verilişlərinə baxmaq üçün otaq.

Qeyd. Saxlanılan şəxslərin idmanla məşğul olması üçün gəzinti həyətində müvafiq şərait yaradılır.".

 8. 6.41-ci bəndə "videonəzarət" sözündən əvvəl "rəqəmsal yaddaş qurğusu olan" sözləri əlavə edilsin.

9. mətn üzrə "MST" abreviaturası "MSY" abreviaturası ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 27 oktyabr.- S.3.