Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli
qərarı ilə təsdiq edilmiş
"İnzibati orqanların Təsnifatı"nda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 301 Bakı şəhəri,
11 oktyabr 2013-cü il
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10,
maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹
2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr
674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr
146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447,
¹ 9, maddə 855; 2012, ¹ 5, maddə 475, ¹ 8, maddə 817, ¹ 10, maddə
1028, ¹ 11, maddə 1204, ¹ 12, maddələr 1363, 1388; 2013, ¹ 1,
maddə 73) ilə təsdiq edilmiş "İnzibati
orqanların Təsnifatı"nın II bölməsinin 2-ci
hissəsinə aşağıdakı məzmunda 2.1.8-ci
yarımbənd əlavə edilsin:
2.1.8. cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 27 oktyabr.- S.3.