Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Orta ixtisas təhsili
pilləsinin dövlət
standartı və proqramı"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 299 Bakı şəhəri,
11 oktyabr 2013-cü il
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 4, maddə 366; 2012, ¹ 10, maddə 1003) ilə təsdiq edilmiş "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 8.5-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
"İxtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditlərin tələbələr tərəfindən qazanılması məcburidir.".
2. 8.6.1-ci, 8.6.4-cü və 8.6.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
"8.6.1. Təhsilalanların auditoriya dərsləri həftədə 30 saatı aşmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir.
8.6.4. Tədris ili
iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində
6 (altı) həftəlik
yay semestri də təşkil oluna bilər.
8.6.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir.
Hər semestr 20 həftədən
(o cümlədən, 5 həftə
imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili
32 həftədir. Hər
semestr 16 həftədən
(o cümlədən, 1 həftə
imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.".
3. 8.6.7-ci
yarımbənddə "7-12" rəqəmləri "8-12" rəqəmləri ilə
əvəz edilsin.
Artur Rasi-zadƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2013.- 27 oktyabr.- S.3.