Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə

 

Hörmətli cənab Prezident!

Əziz qardaşım!

Qardaş Türkiyənin milli bayramı - Respublika gününün 90-cı ildönümü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Biz bu tarixi günün qürurunu Türkiyə xalqı ilə bölüşür, sevincinizə qoşuluruq.

Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri ortaq mənəvi dəyərlərimizdən və tarixi köklərimizdən güc alır. Sarsılmaz birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməl daşıdır.

İnanıram ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə daim böyük töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 oktyabr.- S.1.