Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Çox uğurlu seçkilər nəticəsində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) prezidenti və Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü kimi beynəlxalq boks ailəsi adından ən səmimi təbriklərimi çatdırıram.

Bu seçkilərin də nəticələri Azərbaycan vətəndaşlarının Sizə göstərdiyi ehtiramın təcəssümüdür.

Azərbaycanı bugünkü qüdrətli ölkəyə çevirmək üçün Siz səylə çalışmış, onu daha da gücləndirmisiniz. Siz 2003-cü ildə Prezident kimi fəaliyyətə başlayandan bəri Azərbaycan böyük inkişaf yolu keçmişdir.

Sizə ən səmimi arzularımı çatdırır, tezliklə Sizinlə görüşməyə ümid edirəm.

Ən xoş arzularla,

 

 

Çinq-Kuo VU,

Beynəlxalq Boks Assosiasiyasının prezidenti,

 Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Azərbaycan.-2013.-  29 oktyabr.- S. 1.