Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Möhtərəm İlham Heydər oğlu!
Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin! Azərbaycan xalqı Sizə - bütün varlığı ilə Vətənə sadiq olan bir liderə səs verməklə öz müdrikliyini bir daha sübut etdi.
Zati-aliləri, Siz zəmanəmizin ən təcrübəli, nüfuzlu və uzaqgörən siyasi xadimlərindən birisiniz. Əminəm ki, Siz həm Azərbaycanın firavanlığı, həm də ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi üçün hələ çox işlər görəcəksiniz. Məhz Sizin prezidentliyiniz dövründə Ukrayna-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etmişdir. Bu inkişaf ölkələrimizin işıqlı və təhlükəsiz gələcəyinə təminat verir.
İcazə verin, Sizi seçkilərdəki qələbəniz münasibətilə bir daha təbrik edim. Siz həqiqətən müdrik və səmimi lidersiniz.
Dərin hörmətlə,
Taisiya POVALİ,
Ukrayna Ali Radasının deputatı, xalq artisti
Azərbaycan.-2013.- 29 oktyabr.- S. 2.