Prezidentin Mətbuat Xidmətinin məlumatı

 

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidentinə ad günü  və Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırmış, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı, qardaş Türkiyə xalqına firavanlıq arzulamışdır.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbriklərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 30 oktyabr.- S.1.