Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Dünya Türkləri Assambleyası - türk xalqlarının görkəmli ictimai, siyasi və dövlət xadimlərini birləşdirən beynəlxalq ictimai təşkilat Sizi yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir.

Mən 2007-ci ildə türk dövlətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçısı kimi Bakıda olmuşam. O vaxt şəhərin siması hələ keçən əsri xatırladırdı. 2011-ci ildə Dünya Azərbaycanlıları Qurultayının fəxri qonağı kimi Bakıda olanda isə ölkənizin paytaxtının qısa müddətdə tanınmayacaq dərəcədə dəyişdiyini görüb vəcdə gəldim. Müasir, qeyri-ordinar arxitektura həlləri şəhərdəki qədim memarlıq nümunələri ilə üzvi vəhdət təşkil edir. Bütün respublikanın necə inkişaf etməsi də göz qabağındadır.  Belə ölkə ilə təkcə qardaş Azərbaycan xalqı yox, biz hamımız - bütün dünya türkləri fəxr edirik.

Hamı etiraf edir ki, bu uğurların qazanılmasında, ölkənin sərvətlərindən istifadə etməklə xalqı onun rifahı naminə sıx birləşdirməklə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsində Sizin xidmətləriniz həlledici olmuşdur. Buna görə də Azərbaycan xalqı Sizə yenidən etimad göstərmişdir.

Bu gün Azərbaycan güclü dövlətdir. Biz Sizə - bu güclü dövlətin liderinə, Sizin ailənizə, bütün Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq.

Dərin hörmətlə,

 

 

Akademik Yermentay SULTANMURAT,

Qazaxıstandakı "Dünya Türkləri Assambleyası"

 Beynəlxalq İctimai Təşkilatının prezidenti

Azərbaycan.-2013.-  30 oktyabr.- S.1.