Bakıda V Beynəlxalq «Caspian
Air Cargo-2013» sammiti keçirilir
Oktyabrın 29-da "Silk
Way Airlines" aviaşirkətinin təşkilatçılığı ilə Bakıda
"Caspian Air Cargo-2013" sammiti işə başlamışdır.
AzərTAc xəbər verir
ki, konfransda çıxış edən
"Euroavia International"ın
direktoru Lars-Gunnar Comen
bildirmişdir ki, konfransda 30 ölkədən
235-dən çox dünyanın
ən böyük yük daşıyıcı
şirkətlərinin, hava
limanlarının nümayəndələri
iştirak edirlər.
Qeyd olunmuşdur
ki, sammitin iştirakçıları regiondakı
kommersiya və texniki yenilikləri, MDB və Asiya ölkələrinin
yükdaşınma bazarının
xüsusiyyətlərini, eləcə
də Avropa və Asiya arasındakı
əməkdaşlığın perspektivlərini müzakirə
edəcəklər.
"Azərbaycan Hava
Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin
(QSC) prezidenti Cahangir Əsgərov çıxış
edərək sammitin əhəmiyyətindən danışmış
və konfransın işinə uğurlar arzulamışdır.
Bildirilmişdir ki, Azərbaycan iki qitənin - Avropa və Asiyanın qovuşuğunda,
transqafqaz nəqliyyat dəhlizinin mərkəzində
yerləşir. Avropanı Qafqaz və
Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz yolları, magistral avtomobil və dəmir yolları Azərbaycandan keçir.
Qeyd olunmuşdur
ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində
bu gün Azərbaycan Respublikasının
Dövlət Mülki
Aviasiyası özünün
sürətli inkişaf
dövrünü yaşayır
və ölkəmizin
hava nəqliyyatının
modernləşdirilməsinə öz töhfələrini
verir. Regionun nəhəng aviaşirkətinə
çevrilmiş "Azərbaycan
Hava Yolları" QSC
ölkənin quru və su sərhədlərinə,
ümumilikdə, 165,4
min kvadratkilometr ərazidə
hava gəmilərinin uçuşlarını idarə
edir. Qurum tərəfindən xidmət göstərilən
hava dəhlizinin uzunluğu 8 min kilometrdən
çoxdur. Dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan
Asiyaya və geriyə uçuşlar həyata keçirərkən
Azərbaycan Respublikasının
hava məkanına üstünlük verirlər.
Vurğulanmışdır ki, Azərbaycanın hava nəqliyyatı inkişaf baxımından
hazırda regionun cəlbedici sahələrindən
biridir və göstərilən xidmətlərin
sabitliyində, yüksək
keyfiyyətində maraqlı
olan şirkətlər
üçün etibarlı
tərəfdaş kimi
özünü təsdiqləmişdir. "AZAL" həm regionda, həm də MDB-də yeni avialaynerlərin
sayına görə liderlərdəndir.
Son illər ərzində
Azərbaycanın əsas
hava limanları olan Gəncə, Naxçıvan, Lənkəran,
Yevlax aeroportları yenidən qurulmuş, Qəbələ və Zaqatalada isə yeni aeroportlar tikilmişdir. Bakıdakı Heydər Əliyev
Beynəlxalq Aeroportunda
bütün müasir
tələblərə cavab
verən və MDB-də analoji obyektlər arasında ilk yerlərdən birini tutan "Baku Cargo Terminal"ı,
beynəlxalq standartlara
cavab verən 4000 metrlik yeni uçuş-enmə
zolağı tikilib istifadəyə verilmişdir.
MDB məkanında və
Şərqi Avropada
ilk dəfə olaraq beynəlxalq standartlara cavab verən
"Boeing-757", "Airbus-319", "Airbus-320" və "Boeing-767" tipli
təyyarələrin trenajor
mərkəzi yaradılmışdır.
Heydər Əliyev Beynəlxalq
Aeroportunun yeni aerovağzal kompleksinin tikintisi isə davam etdirilir. Yeni aerovağzal kompleksi istifadəyə veriləndən
sonra ildə 6 milyon sərnişinə xidmət göstərmək
mümkün olacaqdır.
Ən müasir standartlara cavab verən aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir.
Aerovağzal binasının ərazisində
eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır.
C.Əsgərov vurğulamışdır ki,
son 10 ildə Azərbaycanın
milli aviadaşıyıcısının
təyyarə parkı
50-yə yaxın müasir
tipli hava gəmisinin alınması
ilə daha da zənginləşmişdir. Ötən müddət
ərzində QSC dünyanın
aparıcı şirkətlərinin
məhsulu olan 30-dan çox yeni təyyarə və 20-yə
yaxın helikopter alınmışdır.
Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə
çevrilmişdir. Azərbaycanda yük daşımaları
artır və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını genişləndirir. Azərbaycanın
"Silk Way" özəl holdinqi son beş
ildə aviasiya yükdaşımaları sahəsində
böyük uğurlar
qazanmışdır. Müxtəlif istiqamətlərdə uçuşlar
həyata keçirən
"Silk Way" həm humanitar,
həm də dövlət yüklərinin
fasiləsiz daşınmasını
təmin edir. Hava nəqliyyatının
daha da inkişaf
etdirilməsi aviasiya mütəxəssislərinin hazırlanması
üzrə Milli Aviasiya Akademiyası tamhüquqlu ali
təhsil müəssisəsi
kimi fəaliyyət göstərir.
"Azərbaycan Hava Yolları" QSC "Cargolux",
"Lufthanza", "British
Mediterranean", "Türkish
Airlines" və "Austrian Airlines" kimi böyük təcrübəyə malik
aviaşirkətlər ilə
əməkdaşlığını daha da inkişaf
etdirir.
Sonra çıxış
edən "Silk Way" holdinqinin
prezidenti Zaur Axundov vurğulamışdır
ki, holdinqin tərkibində 23 şirkət
fəaliyyət göstərir. Həmin şirkətlərdən
əksəriyyəti mülki
aviasiya sahəsində
çalışırlar. Bakını regional paylaşdırma
mərkəzi etmək
niyyətində olan yeni yaradılmış
"Silk Way Vest" aviaşirkətinin parkında iki ədəd yeni Boeing
767-300 və 3 ədəd
Boeing 474-400 tipli təyyarələr
vardır. "Silk Way Vest" aviaşirkəti gələn
il üçün
iki ədəd yeni Boeing 474-8 hava gəmilərini sifariş
etmişdir. Ümumilikdə,
holdinq uçuşlarını
18 müxtəlif tipli
təyyarə ilə həyata keçirir.
Qeyd olunmuşdur
ki, holdinq və onun təşkilatlarında
dörd minə yaxın yüksək ixtisaslı mütəxəssis
işləyir və onlar bu qurumun
texniki bacarıqlarını
artırmağa və
yeni metodologiyaları tətbiq etmək üçün çalışırlar.
Konfransın sədri "The Wicks Group"un hüquq
təsisçisi və
idarəçi direktoru
Glenn Viçks çıxış
edərək bildirmişdir
ki, sammitin məqsədi yük daşıyıcıları və
yük göndərənlər
arasında qarşılıqlı
əlaqələrin möhkəmləndirilməsi,
təcrübə mübadiləsi,
həmçinin aviasiya
biznesinin yüksəlişi
üçün effektli
mexanizmlərin inkişaf
etdirilməsinə nail olmaqdan
ibarətdir.
Sonra konfransda müxtəlif şirkətlərin nümayəndələri
çıxış etmiş
və iş təcrübələrindən danışmışlar.
Konfrans oktyabrın
31-də başa çatacaqdır.
Azərbaycan.-2013.- 30 oktyabr.- S.4.