Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın

 keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul etmişdir.

Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini dedi.

Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı, Xorvatiyadan olan şirkətlərin Azərbaycandakı fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun xalqlararası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 1.