Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident Əliyev!

Prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Birləşmiş Krallıqla Azərbaycan arasında güclü və genişlənən ikitərəfli münasibətlərdən məmnunluğumu bildirirəm. Azərbaycanın iqtisadi yüksəlişi böyük təəssürat bağışlayır və şadam ki, Britaniya şirkətləri bu işdə əsas rol oynamışlar. "Şahdəniz 2" layihəsi ilə bağlı Yekun Sərmayə Qərarı ilə bu tendensiyanın davam etməsini səmimiyyətlə arzulayıram. Əgər bu qərar ilin sonuna qədər qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimi üçün Bakıya səfər etmək məqsədilə nazir Məmmədyarovun dəvətini qəbul etməkdən məmnun olardı. Bu, ölkələrimiz arasında münasibətlərin alqışlanan və önəmli mərhələsi olacaqdır.

Mən, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı Sizinlə davamlı əsaslarla sıx əməkdaşlığa sadiq olduğumu vurğulamaq istəyirəm. Azərbaycanın Əfqanıstana verdiyi töhfəyə və Birləşmiş Krallığın Əfqanıstana uçanoradan qayıdan hərbi təyyarələrinin hava məkanından keçməsinə verdiyiniz davamlı dəstəyə görə minnətdaram. Həmçinin ümidvaram ki, yenidən seçilməyinizdən sonra Siz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların irəliyə doğru aparılması üçün Prezident Sarkisyanla yaxın vaxtlarda görüşmək imkanında olacaqsınız. Birləşmiş Krallıq münaqişənin sülh yolu ilə həllinə qəti surətdə sadiq qalır. Eyni zamanda ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr Assosiativ SazişStrateji Müasirləşmə Tərəfdaşlığı vasitəsilə irəliləməkdə davam edəcəkdir.

Birləşmiş Krallıq Azərbaycanın son iyirmi il ərzində əldə etdiyi tərəqqini qeyd edir, ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyətə doğru inkişafı böyük təəssürat bağışlayır. Azərbaycanın dostu kimi, Birləşmiş Krallıq sosialiqtisadi irəliləyişin demokratiksiyasi təkmilləşməyə uyğun aparılmasını görməyə ümid edir. Biz bu yaxınlarda keçirilmiş seçkilərdə əvvəlki seçkilərlə müqayisədə irəliləyişin olmaması ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ilkin hesabatında ifadə edilmiş narahatlığı bölüşürük. Birləşmiş Krallıq 2010-cu ildə keçirdiyi seçkilərdən sonra DTİHB-nin hesabatına uyğun apardığı kimi, biz hamımız DTHİB-nin hesabatından yararlana bilərik. Mən Azərbaycanı DTHİB ilə işi davam etdirməyə və onların verdiyi tövsiyələr əsasında konstruktiv ruhda fəaliyyət göstərməyə çağırmaq istərdim.

Üçüncü müddətdə səlahiyyətlərinizin icrasına başlamağınız münasibətilə Sizə böyük uğurlar arzulayıram. Ötən il Londonda Sizinlə keçirdiyim görüşdən məmnun qaldım və ümidvaram ki, yaxın vaxtlarda görüşmək üçün digər fürsət yaranacaq.

Səmimiyyətlə, Sizin

 

 

Devid KEMERON,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 1.