Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Xahiş edirəm, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz altında Azərbaycanın terrorizmə qarşı beynəlxalq mübarizəyə dəstək göstərməklə bu sahədə fəal rol oynadığının şəxsən şahidiyəm. Amerika qoşunları ilə çiyin-çiyinə mübarizə aparan hərbi qüvvələrinizin fəaliyyətini yüksək qiymətləndiririk. ABŞ-ın tərəfdaşı olaraq Azərbaycan Əfqanıstanda xidmət edən hərbi qüvvələrimiz üçün əhəmiyyətli marşrut yaratmışdır.

Əminəm ki, ölkənizdə çiçəklənən iqtisadiyyat, güclü beynəlxalq nüfuz və əhəmiyyətli dövlət təşkilatları bəxş edən islahatlar davam edəcəkdir. Arizona ştatının rəhbəri kimi mən sənayenin inkişafında və yeni yerlərinin açılmasında güclü hakimiyyətin əhəmiyyətini anlayıram və bu sahədə Sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm.

Ölkənizin tarixini araşdırdıqdan sonra əsrlər boyu Azərbaycanda müşahidə edilən tolerantlıq və dözümlülük, həmçinin siyasi həyatda qadınların iştirakı, yüksək savadlılıq səviyyəsi və demokratiyaya meyil ənənəsi məndə dərin təəssürat yaratmışdır. Bu xüsusiyyətlər Sizin prezidentlik dövrünüzdə daha da inkişaf etmişdir. Əminəm ki, Siz Azərbaycanın bundan sonra da Xəzər regionundakı digər ölkələr üçün model olmasını təmin edəcəksiniz.

Bir daha Sizi təbrik edirəm. Ümidvaram ki, ABŞ-a səfərə gəlsəniz Böyük Kanyon ştatına da baş çəkəcəksiniz.

Dərin ehtiramla,

 

 

 

Endi TOBİN,

ABŞ-ın Arizona ştatı Nümayəndələr Palatasının sədri

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 1.