Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Asiya İnkişaf Bankı adından təbrik edirəm.

Asiya İnkişaf Bankı Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verir. Əminik ki, Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlığımız Sizin rəhbərliyinizlə davam edəcəkdir. Biz Azərbaycan iqtisadiyyatının inkişafı üçün əlaqələrimizin genişlənəcəyinə ümidvarıq.

Ən xoş arzularla və dərin hörmətlə,

 

 

Klaus GERHAUSSER,

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya şöbəsinin baş direktoru

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 1.