Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ABŞ-ın Los Anceles Əyalət Polis İdarəsinin işçiləri adından təbrik etməkdən böyük məmnunluq duyuram. Sizin sivil qurumların inkişafına verdiyiniz önəmi əks etdirən seçkilər Azərbaycanda demokratik cəmiyyət quruculuğunun gücləndirilməsi sahəsində yeni mərhələ olmuşdur. Seçkilərin nəticələri Sizin rəhbərliyinizin və gələcək üçün planlarınızın göstəricisidir.

Biz 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Polis Simpoziumuna hazırlıqla bağlı Azərbaycan tərəfi ilə fəal işləyirik. Belə tədbirlər tərəfdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradır. Mühüm geosiyasi mövqeyi və beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində yaxşı təcrübəsi olan Azərbaycan bu simpoziumun keçirilməsi üçün çox münasib məkandır.

Sülh və anlaşmanın gücləndirilməsində ölkələrimizin bundan sonra da dost kimi çalışacağına inanıram. Sizə və ailənizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına əmin-amanlıq və rifah diləyirəm.

Dərin hörmətlə,

 

 

Leroy D.BAKA,

ABŞ-ın Los Anceles Əyalət Polis İdarəsinin şerifi

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 1.