Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Braziliya ilə Azərbaycan arasında münasibətlər davam edərək hər iki xalqın mənafelərinə uyğun daha da intensiv və şaxələndirilmiş tərəfdaşlığın qurulmasına yönələcəkdir. Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri kimi mən ümidvaram ki, ikitərəfli əlaqələrin genişlənməsinə və Sizin Hökumətinizin Braziliyada fəaliyyətinin təşviq edilməsinə töhfə verə biləcəyəm.

Əminəm ki, Azərbaycan xalqının müdrikliyi ilə Sizin yenidən Prezident seçilməyiniz ölkənin inkişafına yeni impuls verəcəkdir.

Mən Sizə və Azərbaycan xalqına xoşbəxtlik, uğurlar arzu edirəm.

Hörmətlə,

 

 

Klaudio Kajado,

Braziliya Deputatlar Palatasının müvəkkili,

Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri

Azərbaycan.-2013.-  31 oktyabr.- S. 2.